Son dəqiqə

Avtomobil sənayesi məhsulları Qırğızıstan Özəl Türkiyə Ticarət nazirliyi

İlin əvvəlindən Qırğızıstanın Türkiyədən avtomobil sənayesi məhsulları idxalı 20 milyon dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Qırğızıstana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artıraraq 21,9 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə Qırğızıstana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 24,1 faiz azaldaraq 2,5 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artaraq 28,7 milyard

Bu ilin oktyabr ayında Türkiyə 3,1 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 16,6 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (oktyabr 2022- oktyabr 2023) Türkiyə 34,7 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər