İlin əvvəlindən Özbəkistanın Türkiyədən avtomobil sənayesi məhsulları idxalı 50 milyon dolları ötüb (ÖZƏL)

İlin əvvəlindən Özbəkistanın Türkiyədən avtomobil sənayesi məhsulları idxalı 50 milyon dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Özbəkistana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 42 faiz artıraraq 51,1 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə Özbəkistana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 17 faiz artıraraq 6,6 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artaraq 28,7 milyard

Bu ilin oktyabr ayında Türkiyə 3,1 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 16,6 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (oktyabr 2022- oktyabr 2023) Türkiyə 34,7 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

X: Lamanasadli01