Bakı. TurkicWorld:
2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz azalaraq, 365,6 min dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin oktyabr ayında Türkiyə 3,9 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 14,9 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2022-oktyabr 2023) Türkiyə 4,8 milyard dollar məbləğində sement ixrac edib.
Aytac Süleymanova
Twitter: a_alieva_







