Son dəqiqə

Azərbaycan Böyük Britaniya

Böyük Britaniya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa prosesinə dəstək üçün yeni imkanlar açır - Ticarət departamenti

Bakı. TurkicWorld:

Böyük Britaniya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa prosesinə dəstək üçün yeni imkanlar açır.

TurkicWorld xəbər verir ki, bunu Böyük Britaniyanın Biznes və Ticarət Departamentinin Azərbaycan üzrə direktoru, Şərqi Avropa və Mərkəzi Asiyada energetika üzrə aparıcı mütəxəssisi Coel Con Derbişir Beynəlxalq Ticarət Həftəsi çərçivəsində "Azərbaycan və Qazaxıstan - özünüz üçün iki regional mərkəzi kəşf edin" adlı vebinarında deyib.

"Hazırda Azərbaycan 2020-ci iıdə erməni işğalından azad edilmiş ərazilərin bərpası üzrə böyüyk milli layihə həyata keçirir. Müstəqil iqtisadçılar bu yenidənqurma prosesini onlarla milyard ABŞ dolları dəyərində qiymətləndiriblər. Böyük Britaniya bu ərazilərin minalardan təmizlənməsi prosesində Azərbaycanın ən böyük ticari tərəfdaşıdır. Biz həmçinin bu prosesdə iştirak üçün digər imkanları nəzərdən keçiririk", - deyə o vurğulayıb.

Derbişir son illər ərzində Böyük Britaniyanın bir sıra memarlıq və dizayner şirkətlərinin Azərbaycanda böyük layihələr udduğunu və hazırda Böyük Britaniyanın rəqəmsal tikinti və müasir tikinti metodları sahəsində əlavə imkanlardan istifadə etdiyini əlavə edib.

O, Azərbaycanın o cümlədən işğaldan azad edilmiş ərazilərdə hazırda bərpa olunan enerji sektorunun inkişafı üzrə böyük addımlar atdığını və Böyük Britaniya hökumətinin də bu məsələdə Azərbaycana böyük yardım göstərdiyini qeyd edib.

Mövzuya görə xəbərlər