Zəngəzur dəhlizinin açılması regionun potensialının kəşf olunması üçün vacibdir - Gürcü politoloq

Zəngəzur dəhlizinin açılması regionun potensialının kəşf olunması üçün vacibdir - Gürcü politoloq

Bakı. TurkicWorld:

Zəngəzur dəhlizi, eləcə də bütün kommunikasiyaların açılması regionun inkişafı və potensialının kəşf olunması üçün vacibdir.

Bu barədə TurkicWorld-a gürcü politoloq Qela Vasadze deyib.

Nəqliyyat kommunikasiyalarının açılmasının region üçün faydaları barədə sualı cavablandıran politoloq bunun sülh sazişi imzalanmadan mümkün olmadığını və bu iki aspektin bir-birindən asılı olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan tərəfindən təklif olunmuş Zəngəzur dəhlizi layihəsi Azərbaycanın əsas hissəsi ilə eksklavı Naxçıvan arasında Ermənistan ərazisindən keçərək nəqliyyat əlaqəsinin yaradılmasına yönəlib. Bu layihə 2020-ci ildə 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış Üçtərəfli bəyanat nəticəsində ortaya çıxıb.

Bəyanatın müddəalarından birində Ermənistanın Naxçıvanla nəqliyyat əlaqəsinin təhlükəsizliyini təmin etməyə hazır olduğu təsdiqlənir ki, bu da hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və məhsulların maneəsiz daşınmasına imkan verə bilər.