İlin əvvəlindən Çinin Türkiyədən avtomobil sənayesi məhsulları idxalı 30 milyon dolları ötüb (ÖZƏL)

İlin əvvəlindən Çinin Türkiyədən avtomobil sənayesi məhsulları idxalı 30 milyon dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-sentyabr aylarında Çinə avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz azaldaraq 38,1 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Sentyabr ayında Türkiyə Çinə avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 16,8 faiz azaldaraq 3,3 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artaraq 25,6 milyard dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 2,8 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (sentyabr 2022- sentyabr 2023) Türkiyə 34,3 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

Ləman Əsədli

Twitter: lamanasadli01