Mikayıl Cabbarov hindistanlı nazirlə görüşdü

Mikayıl Cabbarov hindistanlı nazirlə görüşdü

Bakı. TurkicWorld:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Hindistanın ticarət və sənaye üzrə dövlət naziri Anupriya Patellə görüşüb.

TurkicWorld xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında bildirib.

"Hindistanın ticarət və sənaye üzrə dövlət naziri xanım Anupriya Patel ilə ölkələrimizin iqtisadi əlaqələrinin mövcud vəziyyəti, ticarət, nəqliyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi barədə fikir mübadiləsi apardıq".