Avqust ayında Türkiyədə Qazaxıstan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı 50-i ötüb (ÖZƏL)

Avqust ayında Türkiyədə Qazaxıstan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı 50-i ötüb (ÖZƏL)

Ankara. TurkicWorld:

2023-ci ilin sentyabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 54 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 36 şirkət azdır.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Qazaxıstan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapitalı artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 142,8 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 18,3 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin sentyabr ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (37) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 136,5 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin sentyabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 26 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.