Son dəqiqə

Türkiyə Özəl Türkiyə Ticarət nazirliyi Şimali Kipr Türk Respublikası elektrik avadanlıqları

Yanvar - sentyabr aylarında Türkiyənin Şimali Kiprə elektrik avadanlıqları ixracı 85 milyon dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-sentyabr aylarında Şimali Kiprə elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz artıraraq 85,6 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Sentyabr ayında Türkiyə Şimali Kiprə elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 6,1 faiz azalaraq 10,5 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq, 12 milyard dollara bərabər olub.

Bu ilin sentyabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 5,1 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2022-sentyabr 2023) Türkiyə 16,2 milyard dollar məbləğində elektrık avadanlıqları ixrac edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər