Son dəqiqə

Türkiyə Qazaxıstan Özəl Türkiyə Ticarət nazirliyi sement

İlin əvvəlindən Türkiyənin Qazaxıstana sement ixracı 7 milyon dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-sentyabr aylarında Qazaxıstana sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz azaldaraq 7,8 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Sentyabr ayında Türkiyə Qazaxıstana sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 27,8 faiz azaldaraq 809,3 min dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz azalaraq, 3,5 milyard dollara bərabər olub.

Bu ilin sentyabr ayında Türkiyə 383,5 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 16,4 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2022-sentyabr 2023) Türkiyə 4,8 milyard dollar məbləğində sement ixrac edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər