Bakı. TurkicWorld:
Türkiyə 2023-cü ilin yanvar-sentyabr aylarında Türkmənistana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz artıraraq 34,7 milyon dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Sentyabr ayında Türkiyə Türkmənistana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 27,5 faiz azaldaraq 6,2 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artaraq 25,6 milyard dollara bərabər olub.
“Bu ilin sentyabr ayında Türkiyə 2,8 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (sentyabr 2022- sentyabr 2023) Türkiyə 34,3 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.
Ləman Əsədli
Twitter: lamanasadli01