Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türk dövlətləri

Avqust ayında Türkiyənin türkdilli ölkələrə ixracı artıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin avqust ayında Türkiyənin türkdilli ölkələrə ixracı 2022-ci ilin eyni ayı ilə müqayisədə 24,1 faiz artaraq 935,6 milyon dollar olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar-avqust ayında, Türkiyənin türkdilli ölkələrə ixracı, keçən ilin analoji dövri ilə müqayisədə 28,5 faiz artaraq 6,3 milyard dollar olub.

“Bu ilin avqust ayında Türkiyənin türkdilli ölkələrdən idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 721,7 milyon dollar təşkil edib” - deyə nazirlikdən bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin türkdilli ölkələrdən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə, faiz artaraq, 5,5 milyard dollar təşkil edib.

Məlumat üçün qeyd edək ki, 2023-cü ilin avqust ayında Türkiyənin xarici ticarət dövriyyəsi artaraq 51 milyard 886 milyon 178 min dollara bərabər olub.

Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz artaraq 21 milyard 614 milyon 821 min dollara, idxalı isə 6,9 faiz azalaraq 30 milyard 271 milyon 357 min dollara çatıb.

Bu ilin yanvar-avqust ayında Türkiyənin xarici ticarət dövriyyəsi 411 milyar 890 milyon 575 min dollar təşkil edib.

Məlumata əsasən,bu ilin birinci rübündə, Türkiyənin xaricə ixracatı keçən ilin eyni rübü ilə müqayisədə 0,4 faiz azalaraq 164 milyard 793 milyon 509 min dollar, idxalı isə eyni dövrlə müqayisədə 3,4 faiz artaraq 247 milyard 97 milyon 66 min dollar təşkil edib.

Mövzuya görə xəbərlər