Son dəqiqə

TOBB

Avqust ayında Türkiyədə Fransa kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı artıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2023-ci ilin avqust ayında Türkiyədə Fransa kapitalı ilə 42 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11 şirkət azdır.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Fransa şirkətlərinin sayının azalmasına baxmayaraq onların ümumi kapitalı artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Fransa şirkətlərinin məcmu kapitalı 16,6 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 13,1 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin avqust ayında Fransa şirkətlərinin əksəriyyəti İstanbulda (32) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Fransa şirkətlərinin ümumi kapitalı 10,7 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin avqust ayında Türkiyədə Fransa kapitalı ilə 16 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Mövzuya görə xəbərlər