2023-ci ilin avqust ayında Türkiyədə Özbəkistan kapitalı ilə 63 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 şirkət azdır.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Özbəkistan şirkətlərinin sayının azalması ilə bərabər, onların ümumi kapitalıda azalıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 29,2 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 50 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin avqust ayında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (52) qeydiyyata alınıb.
“İstanbulda qeydiyatdan keçən Özbəkistan şirkətlərinin ümumi kapitalı 14,6 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki, 2023-cü ilin avqust ayında Türkiyədə Özbəkistan kapitalı ilə 35 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.



