Son dəqiqə

İran Avtomobil sənayesi məhsulları Özəl Türkiyə Ticarət nazirliyi

İlin əvvəlindən İran Türkiyədən avtomobil sənayesi məhsulları idxalını artırıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında İrana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artıraraq 110,3 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə İrana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 14,9 faiz azaldaraq 13,3 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz artaraq 22,8 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 2,7 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 20,9 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (avqust 2022- avqust 2023) Türkiyə 34,2 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər