Son dəqiqə

Türkiyə Rusiya Özəl Türkiyə Ticarət nazirliyi elektrik avadanlıqları

İlin əvvəlindən Türkiyənin Rusiyaya elektrik avadanlıqları ixracının həcmi açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Rusiyaya elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 108,6 faiz artaraq 470,7 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə Rusiyaya elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 28,8 faiz artıraraq 52,5 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz artaraq, 10,6 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 11,9 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2022-avqust 2023) Türkiyə 16,1 milyard dollar məbləğində elektrık avadanlıqları ixrac edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər