Yanvar-iyul aylarında Gemlik limanı 1000-dən çox gəmi qəbul edib (ÖZƏL)

Yanvar-iyul aylarında Gemlik limanı 1000-dən çox gəmi qəbul edib (ÖZƏL)

Ankara. TurkicWorld:

2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Bursa şəhərində yerləşən Gemlik limanı 1 880 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Türkiyənin Gemlik limanı Türkiyə bayrağı altında üzən 542, digər ölkələrin bayraqları altında üzən 1 338 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin iyul ayında Türkiyə limanları 5 min 606 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 628, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 978 olub.

2023-cü ilin yanvar-iyul aylarında Türkiyə limanları 34 min 444 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 23 min 728, Türkiyə bayrağı altında olan gəmilər isə 10 min 716 olub.

Aytac Süleymanova

Twitter: a_alieva_