MÜSİAD Nevşehir sədri MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvü ilə görüşüb

MÜSİAD Nevşehir sədri MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvü ilə görüşüb

Bakı. TurkicWorld:

Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Nevşehir sədri Ahmet Çakır Nevşehirdən olan iş adamı, MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvü Hüseyn Yapar ilə görüşüb.

TurkicWorld xəbər verir ki, Ahmet Çakır, Hüseyin Yapar və MÜSİAD Nevşehir sədr müavini Murat Çopur dərnəyin fəaliyyətləri barədə müzakirələr aparıb.

"MÜSİAD ilə Azərbaycan və Nevşehir arasında ticari və iqtisadi əlaqələr yaratmaqda məqsədimiz ikitərəfli görüşlər vasitəsilə bir-birimizdən faydalanmaqdır", - deyə H.Yapar vurğulayıb.

Bundan əlavə, H.Yapar MÜSİAD Nevşehir sədrini Azərbaycana dəvət edib.

Görüş A.Çakır və H.Yapara günün xatirəsinə hədiyyələrin təqdim edilməsi ilə başa çatıb.

Məlumat üçün qeyd edək ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var.

Bu il MÜSİAD 33 yaşını qeyd edib.