Azərbaycanlı sahibkarlardan ibarət heyət MÜSİAD-ın Gebze şöbəsini ziyarət edib

Azərbaycanlı sahibkarlardan ibarət heyət MÜSİAD-ın Gebze şöbəsini ziyarət edib

Bakı. TurkicWorld:

"İş Dünyası-100 ilin zirvəsi" proqramı çərçivəsində MÜSİAD Azərbaycan, KOBSKA İdarə Heyəti və Azərbaycanlı sahibkarlar MÜSİAD Azərbaycanın rəhbərliyi ilə MÜSİAD-ın Gebze şöbəsini ziyarət ediblər.

Bu barədə MÜSİAD-dan TurkicWorld-a bildirilib.

Görüş zamanı Gebzede fəaliyyət göstən istehsalçılar, iş adamları Azərbaycanlı sahibkarlarla bir araya gələrək, qarşılıqlı investisiya və əməkdaşlıq barədə müzakirə aparıblar.

Ziyarət zamanı Gebzede fəaliyyət göstərən Yore Group şirkətini və Bilişim Vadisini də ziyarət ediblər.

Proqram çərçivəsində 23000-dən çox sahibkar üzvü olan Gebze Ticarət Odası da ziyarət edilib.

Məlumat üçün qeyd edək ki, MÜSİAD Gebze şöbəsinin təşkilatçılığı, Gebze Ticarət Odasının dəstəyi ilə yaxın aylarda sahibkarlardan ibarət heyətin Azərbaycana səfəri planlaşdırılıb.

Xatırladaq ki, 13-14 iyul tarixlərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) tərəfdaşlığı, KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və “MÜSİAD Azərbaycan”ın təşkilatçılığı ilə İstanbulda “İş Dünyası – 100 ilin zirvəsi” adlı biznes forumu keçirilib.

Bildirək ki, keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Respublikasının 100 illiyinə həsr edilib.