Mikayıl Cabbarov İslam İnkişaf Bankı Türkiyə Ofisinin direktoru ilə görüşüb

Mikayıl Cabbarov İslam İnkişaf Bankı Türkiyə Ofisinin direktoru ilə görüşüb

Bakı. TurkicWorld:

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Türkiyə Regional Ofisinin direktoru ilə görüşüb.

TurkicWorld xəbər verir ki, nazir bu barədə özünün tviter səhifəsində paylaşım edib.

"İslam İnkişaf Bankı Qrupunun Türkiyə Regional Ofisinin direktoru cənab Valid Məhəmməd Abdelvahab ilə ölkəmizin sosial-iqtisadi inkişaf hədəfləri, qurumla tərəfdaşlığın prioritet istiqamətləri və işğaldan azad edilmiş ərazilərimizdə reallaşdırılan layihələr üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq" – deyə Mikayıl Cabbarov deyib.