Yanvar-may aylarında ABŞ-dan Türkiyə limanlarına 12 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Yanvar-may aylarında ABŞ-dan Türkiyə limanlarına 12 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-may aylarında Amerika Birləşmiş Ştatlarından Türk limanlarına 12 milyon 254 min 118 ton yük daşınıb.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər ABŞ-dan limanlara 397 min 425 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 11 milyon 809 min 193 ton yük çatdırıb.

Bu müddət ərzində ABŞ bayraqlı gəmilərlə Türkiyə limanlarına 47 min 500 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-may aylarında Türkiyə limanlarına ABŞ-dan 372 min 967 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin may ayında Türkiyə limanları 35 milyon 489 min 337 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 574 min 720 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 32 milyon 914 min 614 ton olub.

Bununla yanaşı, 2023-cü ilin may ayında Türkiyə limanlarından 5 milyon 496 min 794 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-may aylarında Türkiyə limanları 160 milyon 766 min 21 ton yük qəbul edib.

2023-cü ilin yanvar-may aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 11 milyon 440 min 507 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 149 milyon 325 min 514 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-may aylarında Türkiyə limanlarından 28 milyon 934 min 777 ton transit yük daşınıb.

Ləman Əsədli

Twitter: lamanasadli01