Yanvar-may aylarında İskenderun limanı mindən çox gəmi qəbul edib

Yanvar-may aylarında İskenderun limanı mindən çox gəmi qəbul edib

Ankara. TurkicWorld:

2023-cü ilin yanvar-may aylarında Türkiyənin İskenderun limanı 1 502 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində İskenderun limanı Türkiyə bayrağı altında üzən 221, digər ölkələrin bayraqları altında üzən 1 281 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 3 min 885 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 1 674, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 5 min 559 olub.

2023-cü ilin yanvar-may aylarında Türkiyə limanları 16 min 388 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 6 min 837, Türkiyə bayrağı altında olan gəmilər isə 23 min 175 olub.