Bakı. TurkicWorld:
Zəngəzur dəhlizinin açılması Naxçıvan Muxtar Respublikasında dəmiryol infrastrukturunun yenilənməsini zəruri edir.
TurkicWorld xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, bu səbəbdən dəmiryol infrastrukturu yenidən qurulacaq, təhlükəsiz, sürətli və dayanıqlı daşıma xidməti təmin ediləcək.