Mikayıl Cabbarov Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb

Mikayıl Cabbarov Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb

Bakı. TurkicWorld:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "Twitter" hesabında məlumat paylaşıb.

"Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin qəbulunda olduq. Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə etdik, birgə həyata keçirilən layihələrin önəmi və iqtisadi əlaqələrin genişləndirilməsi sahəsində təşəbbüslər barədə fikirlərimizi bölüşdük", - nazir bildirib.