Keçən il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə 33 mindən çox konteyner daşınıb

Keçən il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə  33 mindən çox konteyner daşınıb

Bakı. TurkicWorld:

Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu - TİTR) ilə Türkmənistan istiqaməti nəzərə alınmadan 33,6 min konteyner daşınıb.

TurkicWorld-un cümə günü verdiyi məlumata görə, bunu Bakıda keçirilən I Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu zamanı TMTM Assosiasiyasının baş katibi Qaydar Abdikerimov deyib.

Bundan əlavə, o, 2022-ci ildə Qazaxıstanın bu dəhliz vasitəsilə ixracında 8 dəfə artım olduğunu da bildirib. Onun sözlərinə görə, bütövlükdə 2022-ci il Orta Dəhliz baxımından çox uğurlu olub, belə ki, bir çox dövlətlər əməkdaşlıq məqsədilə assosiasiyaya müraciət edib.

Baş katib Orta Dəhlizin təkmilləşdirilməsi, o cümlədən rəqəmsallaşma və inteqrasiya istiqamətində görülən işləri də qeyd edib. O, həmçinin əlavə edib ki, Azərbaycan, Qazaxıstan və Gürcüstan bu marşrutun inkişafı üçün komitə təşkil edən ilk ölkələrdir.

"Bizim marşrutumuz ona görə unikaldır ki, biz iki nəqliyyat hüququnu - dəmir yolu və dənizi birləşdirmişik. Bundan əlavə, Orta Dəhliz tamamilə multimodaldır. Bizim digər marşrutlardan fərqimiz həm də odur ki, ona, üç dəniz, 6 yükdaşıma daxildir və bununla belə, o, Türkiyə kimi ölkələr, Şimali Afrika ölkələrinə daha yaxındır", - deyə bildirib.

Abdikerimov dəhlizin "darboğazları" ilə bağlı 5,5-6 milyon avro dəyərində yol xəritəsinin imzalanmasını da xatırladıb.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində birinci Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu öz işinə başlayıb. Təşkil olunan forum ilk dəfədir ki, mayın 31-dən iyunun 2-dək ölkəmizdə keçirilən 20-ci yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika "Translogistica Caspian" sərgisi çərçivəsində keçirilir.