Azərbaycan yaşıl enerjinin payının artması istiqamətində mühüm addımlar atır - Sahibə Qafarova

Azərbaycan yaşıl enerjinin payının artması istiqamətində mühüm addımlar atır - Sahibə Qafarova

Bakı. TurkicWorld:

Yaşıl iqtisadiyyata keçid bir sıra problemlərin həlinə səbəb olacaq. Yaşıl iqtisadiyat Azərbaycan hökumətinin əsas prioritetərindən biridir.

TurkicWorld-un məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün Bakıda "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda konfransda deyib.

S.Qafarova bildirib ki, Azərbaycan yaşıl enerjinin payının artması istiqamətində mühüm addımlar atır. "Arıq bir neçə beynəlxalq tərəfdaşlarla birgə bu istiqamətdə müvafiq layihələr həyata keçirilməyə başlanılıb. Azərbaycanın geniş enerji mənbələri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da artıracaq.

Həmçinin Azərbaycan tərəfindən mühüm nəqliyat layihələri Azərbaycanı ən geniş nəqliyyat qovşaqlarından birinə çevirəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda konfrans keçirilir. Konfrans Milli Məclis və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə baş tutur. Konfransda Milli Məclisin sədri Sahibə Qafarova, ATƏT PA-nın Prezidenti xanım Marqareta Sederfelt, Monteneqro Parlamentinin sədri xanım Daniyela Curoviç, ATƏT PA-nın Baş katibi Roberto Montella və digər qonaqlar iştirak edir. Konfrans çərçivəsində "Dayanıqlı inkişaf və iqtisadiyyatın bərpasında yaşıl konsepsiya və texnologiyaların rolu" və "Dayanıqlı inkişaf naminə beynəlxalq nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə təchizat zəncirlərinin davamlılığının gücləndirilməsi" mövzusunda panel müzakirələri keçirilir.