Yanvar-aprel aylarında Türkiyə limanlarının qəbul etdiyi kənd təsərüfatı məhsullarının həcmi açıqlanıb

Yanvar-aprel aylarında Türkiyə limanlarının qəbul etdiyi kənd təsərüfatı məhsullarının həcmi açıqlanıb

Ankara. TurkicWorld:

2023-cü ilin yanvar-aprel ayında Türkiyə limanları 7 milyon 23 min 302 ton kənd təsərüfatı məhsulları qəbul edib. Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili kənd təsərüfatı məhsulları qəbulu 345 min 481 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə kənd təsərüfatı məhsulları daşınması 6 milyon 677 min 821 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2023-cü ilin yanvar-aprel ayında Türkiyə limanlarından transit yolu ilə heç bir kənd təsərüfatı məhsulları daşınmayıb.

Qeyd edək ki, 2023-cü ilin mart ayında Türkiyə limanları 31 milyon 918 min 316 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 314 min 457 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 603 min 859 ton olub.

Bununla yanaşı, 2023-cü ilin mart ayında Türkiyə limanlarından 6 milyon 158 min 839 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-mart aylarında Türkiyə limanları 91 milyon 557 min 143 ton yük qəbul edib.

2023-cü ilin yanvar-mart aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 6 milyon 474 min 522 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 85 milyon 82 min 621 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-mart aylarında Türkiyə limanlarından 18 milyon 304 min 620 ton transit yük daşınıb.