İtaliyadan Türk limanlarına 10 milyon tona yaxın yük daşınıb

İtaliyadan Türk limanlarına 10 milyon tona yaxın yük daşınıb

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-aprel aylarında İtaliyadan Türk limanlarına 7 milyon 287 min 570 ton yük daşınıb.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər İtaliyadan limanlara 2 milyon 69 min 939 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 4 milyon 953 min 610 ton yük çatdırıb.

Bu müddət ərzində İtaliya bayraqlı gəmilərlə Türkiyə limanlarına 264 min 21 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-aprel aylarında Türkiyə limanlarına İtaliyadan 10 milyon 187 min 344 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin aprel ayında Türkiyə limanları 33 milyon 600 min 55 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 391 min 265 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 208 min 790 ton olu.

Bununla yanaşı, 2023-cü ilin aprel ayında Türkiyə limanlarından 5 milyon 133 min 363 ton transit yük daşınıb.

2023-cü ilin yanvar-aprel aylarında Türkiyə limanları 125 milyon 204 min 849 ton yük qəbul edib.

2023-cü ilin yanvar-aprel aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 8 milyon 865 min 787 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 116 milyon 339 min 62 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-aprel aylarında Türkiyə limanlarından 23 milyon 437 min 983 ton transit yük daşınıb.