Son dəqiqə

Azərbaycanlı alim Türkiyədə nəşr edilən kardiocərrahiyyə dərsliyinin müəlliflərindən biri olub

BAKI,TurkicWorld

Türkiyədə ürək-damar cərrahiyyəsi sahəsinin ən geniş akademik mənbələrindən biri olan üçcildlik “Kalp ve damar cerrahisi” kitabı nəşr edilib.

TurkicWorld xəbər verir ki, ürək-damar cərrahiyyəsinin müxtəlif istiqamətlərini əhatə edən kitabda Azərbaycan tibb elmi də təmsil olunub. Belə ki, ürək-damar cərrahı, professor Kamran Musayev kitabın “Abdominal və torakoabdominal aort anevrizmalarında cərrahi və endovaskulyar müdaxilə” adlı bölümünün müəllifi olaraq layihədə iştirak edib.

Torakoabdominal aorta anevrizmaları ürək-damar cərrahiyyəsinin ən mürəkkəb sahələrindən biri hesab olunur. Bu patologiyaların müalicəsi açıq cərrahiyyə, endovaskulyar texnologiyalar, orqan qoruma strategiyaları və multidisiplinar yanaşma tələb edir. Bölümdə abdominal və torakoabdominal aorta anevrizmalarının müasir diaqnostikası, cərrahi və endovaskulyar müalicə prinsipləri, eləcə də dünya təcrübəsində qəbul olunan yanaşmalar təqdim edilib.

Qeyd edək ki, kitab ürək-damar cərrahları, rezidentlər və bu sahə üzrə çalışan mütəxəssislər üçün elmi mənbə kimi hazırlanıb.