Azərbaycan KOB-un rəqəmsallaşmasının daha da sürətləndirilməsi üçün potensiala malikdir - İƏİT

Azərbaycan KOB-un rəqəmsallaşmasının daha da sürətləndirilməsi üçün potensiala malikdir - İƏİT

Bakı. TurkicWorld:

Azərbaycan kiçik və orta biznesin (KOB) rəqəmsallaşmasının daha da sürətləndirilməsi üçün potensiala malikdir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatından (İƏİT) TurkicWorld-a bildiriblər.

"2020-ci ildə "COVID-19-dan sonra: Şərq Tərəfdaşlığı ölkələrində biznesin rəqəmsal transformasiyasının sürətləndirilməsi" regional hesabatına əsasən, İƏİT Azərbaycanda şirkətlərin rəqəmsallaşmasına dəstəyin qiymətləndirilməsi aparılıb. "Azərbaycanda şirkətlərin rəqəmsallaşmasına dəstək" hesabatında Azərbaycanın son onillikdə hüquqi-normativ mühitdə islahatlar və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yaradılması ilə KOB-un inkişafına institusional dəstəyin gücləndirilməsi yolu ilə KOB üçün biznes mühitinin yaxşılaşdırılmasında mühüm tərəqqiyə nail olduğu qeyd olunur", - İƏİT-dən deyiblər.

Lakin təşkilatın fikrincə, Azərbaycan məsələn, lazımi səviyyədə uzlaşdırılmış milli rəqəmsallaşma strategiyası həyata keçirməklə və ünvanlı maliyyə dəstəyi və konsultasiya xidməti vasitəsilə rəqəmsal KOB vasitələrinin tətbiqinə imkan yaratamqla KOB-un rəqəmsallaşmasını daha da gücləndirə bilər.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) nümayəndəli demokratiya və sərbəst bazar iqtisadiyyatının prinsiplərini tanıyan inkişaf etmiş ölkələrin beynəlxalq iqtisadi təşkilatıdır.

İƏİT hökumətlərlə və vətəndaşlarla birlikdə faktiki məlumatlara əsaslanmış beynəlxalq standartların müəyyən edilməsi bir sıra sosial, iqtisadi və ekoloji problemlərin həllinin axtarışı istiqamətində çalışır.