Son dəqiqə

Qırğızıstan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi sement Türkiyənin ixracatı Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyənin Qırğızıstana sement satışı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Qırğızıstana sement ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq, 637 min 80 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin fevral ayında Qırğızıstana sement ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 99,5 faiz artaraq, 405 min 75 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artaraq, 337 milyon 19 min dollara bərabər olub.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq, 653 milyon 987 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 4 milyard 515 milyon 481 min dollar məbləğində sement ixrac edib.

Mövzuya görə xəbərlər