BAKI, TurkicWorld, Nailə Babazadə
2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Qazaxıstana dəri məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 57,5 faiz azalaraq, 5 milyon 923 min 59 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2026-cı ilin fevral ayında Qazaxıstana dəri məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 49,1 faiz azalaraq, 4 milyon 128 min 23 dollara çatdırıb.
Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq, 127 milyon 689 min dollara bərabər olub.
2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9.4 faiz azalaraq, 234 milyon 114 min dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 1 milyard 420 milyon 561 min dollar məbləğində dəri məhsulları ixrac edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azalaraq, 1 milyard 420 milyon 561 min dollara bərabər olub.







