Son dəqiqə

Misir Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-ci ilin yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19,9 faiz azalaraq, 17 milyon 716 min 20 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, 2026-ci ilin yanvar ayında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz artaraq, 3 milyard 61 milyon 673 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 41 milyard 584 milyon 298 min dollar məbləğində avtomobil ixrac edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq, 41 milyard 521 milyon 96 min dollara bərabər olub.

Mövzuya görə xəbərlər