Son dəqiqə

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi sərnişin təyyarələri Diyarbakır Hava limanı Türkiyə yük daşımaları Türkiyə limanlarının yük qəbul etmə statistikası Türkiyədə hava nəqliyyatı 2025 Hava nəqliyyatı infrastrukturu Sərnişin rekordu Sərnişin sayı Hava nəqliyyatı innovasiyaları

Diyarbakır hava limanında sərnişindaşıma 1 milyon nəfəri keçib (ÖZƏL)

Bakı, TurkicWorld

2025-ci ilin iyul ayında Türkiyənin Diyarbakır Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 1 milyon 275 min 413 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 1,1 faiz artaraq, 1 milyon 163 min 760 nəfər, beynəlxalq reyslər üzrə isə 28 faiz artaraq 111 min 653 nəfər təşkil edib.

2025-ci ilin iyul ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 12 min 81 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək, 10 min 48 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 14 faiz artaraq, 2 min 33 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin iyul ayı ilə müqayisədə 6 faiz artaraq, 7 min 979 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz artaraq, 7 min 164, beynəlxalq reyslər üzrə isə 25 faiz artaraq 815 olub.

2025-ci ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 134 milyon 866 min 883 nəfər, yük daşınması isə 2 milyon 834 min 635 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər