Son dəqiqə

Türkmənistan Türkiyə Ticarət nazirliyi hazır geyim Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

Türkiyədən Türkmənistana hazır geyim ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin aprel ayında Türkmənistana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artaraq, 1 milyon 503 min 21 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Türkmənistana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,7faiz artaraq, 5 milyon 805 min 41 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq, 5 milyard 410 milyon 610 min dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 1 milyard 227 milyon 668 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 0,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 17 milyard 569 milyon 420 min dollar məbləğində hazır geyim ixrac edib.

Mövzuya görə xəbərlər