MÜSİAD Azərbaycan heyəti ilə TSO əməkdaşlıq perspektivlərini müzakirə edib

MÜSİAD Azərbaycan heyəti ilə TSO əməkdaşlıq perspektivlərini müzakirə edib

Bakı, TurkicWorld:

Türkiyənin Trabzon Ticarət və Sənayə Palatası (TSO) Prezidenti Erkut Çelebi, İdarə Heyəti üzvləri və inşaat sektorunda çalışan sahibkarlar ilə MÜSİAD Azərbaycan dərnək mərkəzində İdarə Heyətinin sədri Rəşad Cabirlini ziyarət edib.

TurkicWorld xəbər verir ki, görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvləri və inşaat sektorunda fəaliyyət göstərən üzvlər iştirak edib.

Məlumata əsasən, görüş çərçivəsində TSO Prezidenti Erkut Çelebi bərabərində gələn heyəti təqdim edib, fəaliyyət sahələri və gördükləri işlər barədə məlumat verib.

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli qonaqları salamlayıb və MÜSİAD Azərbaycan, dərnəyin fəaliyyəti barədə və burada iş görmək istəyən sahibkarlara Azərbaycan İqtisadiyyatının son illərdəki inkişafı, buradaki iş imkanları, dövlətin özəl sektora və sahibkarlara olan güzəştləri haqqında ətraflı məlumat verib.

Bundan əlavə, gələcəkdə iki qurumun birlikdə edə biləcəyi fəaliyyət və əməkdaşlıqlar barədə fikir mübadiləsi aparılıb.

Sonda qonaqlar və ev sahibləri bir-birilərinə hədiyyələrini təqdim ediblər.