Sudandakı tərəflər atəşkəsin 72 saat uzadılması barədə razılığa gəliblər

Sudandakı tərəflər atəşkəsin 72 saat uzadılması barədə razılığa gəliblər

Bakı. TurkicWorld:

Sudandakı tərəflər atəşkəsin 72 saat uzadılması barədə razılığa gəliblər.

TurkicWorld-un məlumatına görə,Sudanda ordu və Çevik Dəstək Qüvvələri (RSF) aprelin 25-dən qüvvədə olan atəşkəs rejiminin daha 72 saat uzadılması barədə razılığa gəlib.

Sudan ordusundan verilən açıqlamada, RSF-nin hücum cəhdlərinə baxmayaraq, ABŞ-Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə əldə edilən atəşkəsin gecə yarısından etibarən 72 saat daha uzadılmasının qəbul edildiyi açıqlanıb.

“Hər cür pozuntuya cavab verməyə hazırıq, atəşkəsin tələblərinə əməl olunacaq” – deyə açıqlamada bildirilib.Aprelin 15-də Sudanda Suverenlik Şurasının sədri general Əbdülfəttah əl-Burhanın rəhbərlik etdiyi ordu ilə şuranın vitse-prezidenti, general Məhəmməd Həmdan Daqalonun rəhbərlik etdiyi RSF arasında toqquşma baş verib.

Sudandakı qarşıdurmalarda ölənlərin sayı 528-ə, yaralıların sayı isə 4599-a çatıb.