Avropanın ən böyük nüvə reaktoru Finlandiyada istismara verilib

Avropanın ən böyük nüvə reaktoru Finlandiyada istismara verilib

Bakı, TurkicWorld:

Avropanın ən böyük nüvə reaktoru Finlandiyada istismara verilib.

TurkicWorld xəbər verir ki, Finlandiyanın “Olkiluoto 3” yeni nəsil reaktoru hazırda ölkənin elektrik enerjisinin təxminən 14 faizini istehsal edir və ən azı növbəti “60 il” ərzində işlək vəziyyətdə qalacağı gözlənilir.

Qeyd edək ki, Almaniya 60 ildən sonra Bavariyadakı “İsar-2”, Baden-Vürtemberqdəki “Neckarwestheim-2” və ölkənin şimal-qərbindəki Emsland Atom Elektrik Stansiyalarının bütün reaktorlarını aprelin 15- də dayandırıb.