Son dəqiqə

Yaponiya Osaka şəhəri Kazino

Yaponiyada ilk kazino tikiləcək

Bakı, TurkicWorld:

Yaponiyanın Osaka şəhərində yerli və xarici turistləri cəlb etmək məqsədilə ilk kazinonun tikintisinə başlanılacaq.

TurkicWorld xəbər verir ki, dəyəri 1.8 trilyon Yaponiya yeni (13,5 milyard dollar) olan kazinonun tikintisinin 2029-cu ildə başa çatacağı gözlənilir.

Məlumat üçün bildirək ki, kazinolar Yaponiyada 2018-ci ilə qədər qadağan idi. Lakin 2018-ci ildə kurort qanununa əsasən, turistləri cəlb etmək məqsədilə bəzi müəssisələrdə poker və ya baccarat kimi kazino oyunlarına istisnalar müəyyən edildi.

Mövzuya görə xəbərlər