NATO ərazisinin hər qarışını qorumaq və daha təhlükəsiz dünya qurmaq üçün həyati vacib işi davam etdirəcəyik - Pentaqon rəhbəri

NATO ərazisinin hər qarışını qorumaq və daha təhlükəsiz dünya qurmaq üçün həyati vacib işi davam etdirəcəyik - Pentaqon rəhbəri

Bakı. TurkicWorld:

Pentaqon rəhbəri Lloyd Ostin NATO çərçivəsində bir gün əvvəl alyansa qoşulan Finlandiya ilə fəal əməkdaşlığa, həmçinin İsveçin NATO-ya erkən daxil olmasına ümid edir.

TurkicWorld-un məlumatına görə, bu barədə Pentaqondan bildiriblər.

"Mən Finlandiya ilə müttəfiq kimi işləməyi və İsveçin mümkün qədər tez bir zamanda alyansa qoşulmasını səbirsizliklə gözləyirəm", - deyə L.Ostin qeyd edib.

O əlavə edib ki, "azad qüvvələrin dəstəklənməsi, NATO ərazisinin hər qarışını qorumaq və daha təhlükəsiz dünya qurmaq üçün təcili və həyati vacib işi davam etdirəcəyik".

Pentaqon rəhbərinin sözlərinə görə, bu ayın sonunda o, "bir sıra regional təhlükəsizlik məsələlərini, habelə onların NATO-ya daxil olmaq planlarını müzakirə etmək üçün" İsveçə səfər edəcək.