Çadın ABŞ qüvvələrini ölkədən çıxaracağı iddia olunur

Çadın ABŞ qüvvələrini ölkədən çıxaracağı iddia olunur

Bakı. TurkicWorld:

Çadın ABŞ qüvvələrini ölkədən çıxaracağı iddia olunur.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, yerli KİV-ləri Çad hökuməti ilə ABŞ ordusu arasında hərbi əməkdaşlıq müqaviləsinin ləğv oluna biləcəyi ilə bağlı iddialar yazıb.

Çaddakı ABŞ əsgərlərinin sayı açıqlanmasa da, 100-ə yaxın olduğu təxmin edilir.

Mərkəzi Afrika ölkəsi Çadla bağlı iddiaların mayın 6-da keçirilməsi gözlənilən prezident seçkilərindən əvvəl ortaya çıxması diqqət çəkib.

Məlumat üçün qeyd edək ki, Nigerdə ​​hərbi hökumət keçən ay qəbul etdiyi qərarla ABŞ ilə hərbi əməkdaşlıq müqaviləsinə xitam verildiyini açıqlayıb.

Hafiz Rufizoğlu