Bu gün Aİ Ermənistana mülki missiya göndərəcək

Bu gün Aİ Ermənistana mülki missiya göndərəcək

Bakı. TurkicWorld:

Bu gün Avropa İttifaqı (Aİ) Ermənistana mülki missiya (EUMA) göndərəcək.

TurkicWorld bu barədə Avropa Şurasına istinadən xəbər verir.

Avropa Komissiyasının məlumatlarına əsasən, EUMA-nın mülki personalı 100 nəfərdən, o cümlədən, 50-yə yaxın mülki müşahidəçidən ibarət olacaq.

Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) mülki planlama və davranış (CPCC) üzrə idarəedici direktoru Stefano Tomat əməliyyatın mülki komandanlığı vəzifəsini yerinə yetirəcək, missiyaya rəhbərliyi isə Markus Ritter edəcək.

Missiyanın ilkin mandatı iki ili əhatə edir.

Xatırladaq ki, EUMA Aİ Şurası tərəfindən rəsmi olaraq 23 yanvar 2023-cü il tarixində təsis edilib.