Bakı,TurkicWorld
Çinin Quandun əyalətində yerləşən Şençjen (Shenzhen) şəhərində Rusiya Prezidenti Vladimir Putinlə Çin Sədri Si Cinpin arasında görüş keçirilib.
Bu barədə TASS məlumat yayıb.
Danışıqlar "Çilin Şanjuan" dövlət iqamətgahının "Çilinyuan" villasında keçirilib. Görüş yerli vaxtla günorta saatlarında (Bakı vaxtı ilə ilə 08:01) geniş tərkibdə başlayıb. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən müzakirələrdə iqtisadi əməkdaşlığın gələcək perspektivləri nəzərdən keçirilib.
Daha sonra söhbət məhdud tərkibdə işgüzar səhər yeməyi formatında davam etdirilib. Rusiya Prezidentini bu görüşdə xarici işlər naziri Sergey Lavrov və dövlət başçısının köməkçisi Yuri Uşakov müşayiət ediblər.
Rusiya və Çin liderləri arasında görüş ümumilikdə iki saatdan çox davam edib.