Son dəqiqə

Azərbaycan deputatları NATO PA-nın 72-ci illik sessiyasında iştirak edəcəklər

Bakı,TurkicWorld

Milli Məclisin deputatları Ramid Namazov və Samir Vəliyev NATO Parlament Assambleyasının (NATO PA) 72-ci illik sessiyasında iştirak etmək üçün noyabrın 19-da Almaniyaya səfər edəcəklər.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, NATO PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Ramid Namazov və heyətin üzvü Samir Vəliyev sessiyada iştirak etmək məqsədilə Berlin şəhərinə yollanacaqlar.

Deputatların sessiya çərçivəsində NATO PA-nın plenar iclasında, eləcə də Siyasi, Demokratiya və təhlükəsizlik, Müdafiə və təhlükəsizlik, İqtisadiyyat və təhlükəsizlik, Elm və texnologiya komitələrinin iclaslarında iştirakı nəzərdə tutulur.

Səfər noyabrın 24-də başa çatacaq.