Son dəqiqə

Si Cinpin, Tramp və Putin noyabrın 19-da üçtərəfli görüş keçirəcəklər

Bakı,TurkicWorld

Çin Sədri Si Cinpin noyabrın 19-da Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüş keçirəcək.

Bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Noyabrın 19-da Çin Sədri Si Cinpin Şençjendə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla görüş keçirəcək", – deyə XİN-in açıqlamasında bildirilib.

Görüşün üçtərəfli formatda keçiriləcəyi təsdiqlənib.

Qeyd edək ki, Pekin daha əvvəl belə bir görüşün keçiriləcəyini rəsmən təsdiqləməmişdi.