BAKI,TurkicWorld
İran Mərkəzi Bankının rəhbəri Əbdülnasır Himməti ölkədə inflyasiyanın cüzi azaldığını bildirib. Bu, son 15 ay ərzində inflyasiyanın azalması istiqamətində qeydə alınan ilk göstərici kimi təqdim olunub.
TurkicWorld xəbər verir ki, Əbdülnasır Himmətinin sözlərinə görə, illik müqayisədə inflyasiya sentyabr ayında avqustdakı 84,4 faizdən 83,8 faizə enib. O, azalmanın cüzi olmasına baxmayaraq, inflyasiyanın aşağı düşməsi istiqamətində meylin yaranmasını mühüm göstərici adlandırıb.
İranda iqtisadi vəziyyətə ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalar və İran limanlarına qarşı dəniz mühasirəsi ilə bağlı tədbirlərin də təsir göstərdiyi bildirilir. Yeni məhdudiyyətlərin onsuz da uzunmüddətli sanksiyaların təsiri altında olan İran iqtisadiyyatına əlavə təzyiq yaratdığı qeyd olunur.







