Son dəqiqə

BMT Yəmən Məcburi köçkünlər münaqişə Beynəlxalq Miqrasiya Təşkilatı Təiz

Yəməndə 93 mindən çox insan didərgin düşüb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Beynəlxalq Miqrasiya Təşkilatı Yəməndə davam edən münaqişə nəticəsində 93 mindən çox insanın son dövrdə yaşayış yerini tərk etmək məcburiyyətində qaldığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, BMT-yə bağlı təşkilat yenilənmiş məlumatlarında məcburi köçün ən ağır nəticələrinin Təiz və Ləhc əyalətlərində qeydə alındığını bildirib.

Məlumata görə, təkcə Təiz əyalətinin Cəbəl Həbəşi rayonunda 18 min 840 nəfər didərgin düşüb. Əl-Məafir rayonunda isə yaşayış yerini tərk edənlərin sayı 9 min 966 nəfərə çatıb.

Ləhc əyalətinin Əl-Mudaribə rayonunda 16 min 464 nəfərin məcburi köçkün vəziyyətinə düşdüyü bildirilib. Tuban rayonunda isə daha 2 min 892 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.

Beynəlxalq Miqrasiya Təşkilatının açıqladığı son rəqəmlər Yəməndə davam edən münaqişənin mülki əhali üçün yaratdığı humanitar vəziyyətin daha da ağırlaşdığını göstərir.

Mövzuya görə xəbərlər