Son dəqiqə

İran ABŞ hərbi texnika Hava hücumundan müdafiə İran Silahlı Qüvvələri Əlirza Elhami

İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı briqada generalı Əlirza Elhami ölkənin hərbi texnika istehsalını artırdığını bildirib. O, İranın həmin texnikanın növlərini, tətbiq sahələrini və döyüş taktikasını da genişləndirəcəyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Elhami bu barədə Mehr xəbər agentliyinə açıqlamasında İranın hərbi texnika istehsalını artırmaq istiqamətində fəaliyyət göstərdiyini deyib.

Onun sözlərinə görə, Tehran hərbi texnikanın “növünü, tətbiqini və taktikasını” da genişləndirməyi planlaşdırır.

Elhami İranın hazır vəziyyətdə olduğunu vurğulayıb.

Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı bu həftənin əvvəlində səsləndirdiyi və İranın ABŞ və ya İsraillə “istənilən qarşıdurmaya” hazır olduğu barədə fikirlərini də təkrarlayıb.

Mövzuya görə xəbərlər