Son dəqiqə

Türkiyə Pakistan Səudiyyə Ərəbistanı Yaxın Şərq Regional Təhlükəsizlik Məkkə Sazişi Raed Krimli Müdafiə sazişi

Türkiyə-Pakistan sazişi hərbi blok yaratmaq məqsədi daşımır - Səudiyyə Ərəbistanı

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Səudiyyə Ərəbistanı xarici işlər nazirinin ictimai diplomatiya üzrə müavini Raed Krimli Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan müdafiə sazişinin hərbi ittifaq və ya məzhəb əsaslı blok yaratmaq məqsədi daşımadığını bildirib.

TurkicWorld xəbər verir ki, Krimli bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, sazişin məqsədi hərbi blok və ya dini-sektarian birlik formalaşdırmaq deyil.

Krimli vurğulayıb ki, sənəd nüvə ambisiyaları və ya silahlanma yarışına xidmət etmir, əksinə, dayanıqlı və özünütəminetmə prinsiplərinə əsaslanan müdafiə imkanlarının inkişafını hədəfləyir.

O əlavə edib ki, bu razılaşma Səudiyyə Ərəbistanının Körfəz, ərəb ölkələri və beynəlxalq tərəfdaşları ilə strateji münasibətlərinə təhlükə yaratmır.

Rəsmi həmçinin bildirib ki, saziş mövcud beynəlxalq öhdəlikləri əvəz etmir və heç bir dövlətin təhlükəsizliyinə qarşı yönəlməyib.

Son günlər həm Türkiyə, həm də Səudiyyə Ərəbistanı rəsmiləri yeni üçtərəfli müdafiə sazişinin regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayırlar.

Mövzuya görə xəbərlər