Son dəqiqə

Hindistan Yəmən Qırmızı dəniz dəniz nəqliyyatı Gəmiçilik MSV Faize Noore Oliya Sarbananda Sonoval

Hindistan gəmisi Yəmən sahilləri yaxınlığında hücuma məruz qalıb, bütün ekipaj xilas edilib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Yəmən sahilləri yaxınlığında Hindistana məxsus yük gəmisi naməlum mərminin zərbəsinə məruz qaldıqdan sonra batıb. Hadisə nəticəsində gəmidə olan bütün ekipaj üzvləri xilas edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Hindistanın gəmiçilik naziri Sarbananda Sonoval məlumat verib.

Nazirin sözlərinə görə, MSV Faize Noore Oliya adlı gəmi Yəmən sahilləri yaxınlığında "təxribat xarakterli və səbəbsiz hücum" nəticəsində zərər görərək batıb.

Sonoval bildirib ki, gəmidə olan 14 nəfər, o cümlədən 13 Hindistan vətəndaşı Yəmən sahil mühafizəsi tərəfindən təhlükəsiz şəkildə xilas edilib.

Nazir əlavə edib ki, Hindistan Dəniz Administrasiyasının Baş İdarəsinə bölgədə çalışan hindistanlı dənizçilərin təhlükəsizliyinin təmin edilməsi və xilas edilən ekipaja bütün zəruri yardımın göstərilməsi üçün aidiyyəti qurumlarla koordinasiyalı tədbirlər görülməsi barədə göstəriş verib.

Hadisəni törədən tərəf barədə rəsmi məlumat açıqlanmayıb.

Mövzuya görə xəbərlər